UEFA Avropa Liqası: “Qarabağ” klubunun qrup mərhələsindəki rəqibləri müəyyənləşib
Avqustun 26-da UEFA Avropa Liqasının 2022-2023-cü il mövsümünün qrup mərhələsinin püşkatma mərasimi keçirilib.

Turnirdə Azərbaycanın yeganə təmsilçisi Ağdamın “Qarabağ” klubunun qrup mərhələsindəki rəqibləri müəyyənləşib.

Azərbaycan çempionu G qrupunda “Olimpiakos” (Yunanıstan), “Frayburq” (Almaniya) və “Nant” (Fransa) komandaları ilə mübarizə aparacaq.

Qeyd edək ki, qrup mərhələsi altı turdan ibarət olacaq. Həmin oyunlar sentyabrın 8-də, 15-də, oktyabrın 6-da, 13-də, 27-də və noyabrın 3-də keçiriləcək.

Xəbər 277 dəfə oxundu.