Uollas de Souza: Dünya çempionu adına əsas namizədlər Fransa, Polşa və ABŞ komandalarıdır
“Rio-2016” Yay Olimpiya Oyunlarının qalibi, braziliyalı voleybolçu Uollas de Souza Polşa və Sloveniyada keçirilən kişilər arasında dünya çempionatındakı favoritlərini açıqlayıb.

Olimpiya çempionu titul üçün əsas namizədlərin Fransa, Polşa və ABŞ komandaları olduğunu açıqlayıb.

“Bu gün mən Braziliyanı çempionluğa iddialı görmürəm. Favoritlərim Fransa, Polşa və ABŞ yığmalarıdır. Daha yaxşı komandalar var. Bir çox komandalar əvvəllər olduğu kimi açıq-aşkar favorit olmaqdan çıxıblar”, - deyə voleybolçu əlavə edib.

Kişilər arasında voleybol üzrə dünya çempionatı avqustun 26-dan sentyabrın 11-dək keçiriləcək.

Xəbər 303 dəfə oxundu.