“Beşiktaş” klubu “Everton”un futbolçusu Dele Allini icarəyə götürüb
Türkiyənin “Beşiktaş” klubu “Everton”un futbolçusu Dele Allini icarəyə götürüb.

26 yaşlı yarımmüdafiəçi 2022/2023-cü il mövsümünü icarə əsasında İstanbul təmsilçisində keçirəcək.

“Beşiktaş” bu mövsümün sonu ingilis oyunçunun birdəfəlik almaq hüququna sahibdir.

Qeyd edək ki, D.Alli yeni klubunda 11 nömrəli forma ilə çıxış edəcək.

Xəbər 239 dəfə oxundu.