Şahmatçımız Şəhriyar Məmmədyarov “Grand Chess Tour” seriyasının növbəti mərhələsində mübarizəyə başlayır
Bu gün Sent-Luisdə (ABŞ) şahmat üzrə “Grand Chess Tour” seriyasının növbəti mərhələsi start götürəcək.

Yarışda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov, Alireza Firuzca, Maksim Vaşye-Laqrav (hər ikisi Fransa), Fabiano Karuana, Levon Aronyan, Leynier Dominges, Hikaru Nakamura, Samuel Şankland (hamısı ABŞ), Riçard Rapport (Macarıstan) və Yan Nepomniyaşi (Rusiya) iştirak edəcəklər. Turnirin birinci günündə şahmatçımız ilk 3 turda mübarizə aparacaq.

Rapid və blits üzrə keçiriləcək yarış avqustun 30-dək davam edəcək.


Xəbər 305 dəfə oxundu.