“Marsel” klubu hücumçusu Arkadiuş Miliki “Yuventus”a icarəyə verib
“Marsel” klubunun hücumçusu Arkadiuş Milik “Yuventus”a keçib.

Bu barədə Turin təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Polşalı forvard İtaliya klubunda mövsümün sonunadək icarə əsasında çıxış edəcək.

Qeyd edək ki, 2021-ci ilin yanvarından “Marsel”də çıxış edən futbolçu 55 oyuna 30 qol vurub, 3 məhsuldar ötürmə edib. Onun Fransa klubu ilə 2025-ci ilin iyununa qədər müqaviləsi var.

Xəbər 223 dəfə oxundu.