Avropanın nüfuzlu futbol yarışmasında “Qarabağ Azərbaycandır!” adlı aksiya keçirilib
Moldova Azərbaycanlıları Konqresi “Qarabağ Azərbaycandır!” adlı aksiya keçirib.

100-ə yaxın soydaşımız UEFA Avropa Liqasının pley-off mərhələsində Kişineuda keçirilən “Şerif” (Moldova)-“Pünik” (Ermənistan) qarşılaşmasında ingilis və Azərbaycan dillərində yazılan “Qarabağ Azərbaycandır!” şüarı olan köynək geyinərək Moldova komandasına dəstək olublar.

Aksiyada Azərbaycan və Moldovanın dövlət bayraqları dalğalandırılıb.

Qeyd edək ki, bu qarşılaşmada Moldovanın “Şerif “komandası qalib gələrək UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Xəbər 209 dəfə oxundu.