Daha bir cüdoçumuz dünya çempionatında üçüncü yeri tutub
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında dünya çempionatı davam edir.

Yarışın ikinci günündə Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazanıb. Təmsilçimiz Nizami İmranov (60 kq) üçüncü yer uğrunda mübarizədə fransalı Dayyan Boulemtafesə qalib gəlib.

Qeyd edək ki, buna qədər komandamızın üzvləri Şahin Oruczadə (55 kq) mundialın gümüş, Aydan Vəliyeva (48 kq) bürünc medallarına sahib olublar.

Xatırladaq ki, fərdi yarışlar avqustun 27-dək davam edəcək. Avqustun 28-də isə komanda yarışı keçiriləcək.

Xəbər 240 dəfə oxundu.