“Bayern”in yarımmüdafiəçisi Adrian Feyn Niderland klubu ilə müqavilə imzalayıb
Almaniya çempionu “Bayern”in yarımmüdafiəçisi Adrian Feyn ilə yollarını ayırıb.

Almaniyalı futbolçu bundan sonrakı karyerasını Niderlandın “Ekselsior” klubunda davam etdirəcək. Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.

Münhen təmsilçisindən azad agent kimi ayrılan futbolçu Rotterdam klubu ilə 2+1 illik müqaviləyə imza atıb.

Adrian Feyn “Bayern”in yetirməsidir. İyirmi üç yaşlı yarımmüdafiəçi Münhen klubunda əsas heyətə düşə bilmədiyi üçün “Yan Regensburq”, “Hamburq”, PSV, “Qroyter” və “Dinamo” (Drezden) klublarında icarədə də oynayıb. O, Almaniyanın aşağı yaş qrupları üzrə yığmalarında, həmçinin U-21-də də forma geyinib.

Xəbər 311 dəfə oxundu.