“Kəpəz”in zədəli futbolçularından Mixeil Erqemlidze məşqlərə başlayıb
Gəncənin “Kəpəz” klubunun zədəli futbolçularından Mixeil Erqemlidze məşqlərə başlayıb.

Körpücük sümüyünü zədələyən hücumçu tibb xidmətinin müsbət diaqnozundan sonra əvvəlcə fərdi halda hazırlıq keçib.

Daha sonra qrup şəklində məşqlərə qoşulub. Futbolçunun həftəsonu “Səbail” ilə görüşdə oynayıb-oynamayacağı hazırlığından asılı olacaq.

“Neftçi” ilə oyunda zədələnən digər futbolçu Yeqor Xvalkonun isə müalicəsi davam edir.

Xəbər 223 dəfə oxundu.