Azərbaycan - Qazaxıstan matçının biletləri satışa çıxarılıb | |
Futbol üzrə Azərbaycan yığmasının Millətlər Liqasının qrup mərhələsinin 6-cı turunda Qazaxıstanla matçının biletləri satışa çıxarılıb. Sentyabrın 25-də “Dalğa Arena”da oynanılacaq görüşə biletlərin qiyməti 2, 5 və 10 manat təşkil edir. Onları iticket.az saytından əldə etmək mümkündür. Azarkeşlər bir şəxsiyyət vəsiqəsi ilə 1 bilet ala bilərlər. Qeyd edək ki, Azərbaycan - Qazaxıstan görüşü saat 20:00-da başlayacaq. |
|
Xəbər 299 dəfə oxundu. |
|
|