Avropa çempionatı: Şahmatçılarımız uğurlu çıxışlarını davam etdirirlər | |
Şahmatçılarımız Praqada qadınlar arasında keçirilən Avropa çempionatında uğurlu çıxışlarını davam etdirirlər. Təmsilçilərimiz Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova 5 turdan 4 xal toplayaraq 2-12-ci yerləri bölüşürlər. Komandamızın digər üzvləri Ləman Hacıyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva 3 xal toplayıblar. İsveçrə sistemi üzrə keçirilən turnir avqustun 31-dək davam edəcək. |
|
Xəbər 244 dəfə oxundu. |
|
|