Cüdoçumuz dünya çempionatının bürünc medalı uğrunda mübarizə aparacaq
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında dünya çempionatında cüdoçumuz Məhəmməd Məmişov (50 kq) bürünc medal uğrunda mübarizə aparacaq.

Təmsilçimiz finala gedən yolda macarıstanlı Sebestyen Kollara məğlub olub. O, üçüncü yer uğrunda David Leiva (ABŞ) ilə qarşılaşacaq.

Qeyd edək ki, cüdoçularımız avqustun 24-27-də fərdi, 28-də isə komanda yarışında iştirak edəcəklər.

Xəbər 232 dəfə oxundu.