“Avro-2023”: Azərbaycan millisi səfərdə Gürcüstan yığmasına qalib gəlib
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində çıxışını davam etdirir.

Komandamız səfərdə Gürcüstan kollektivi ilə üz-üzə gəlib. Tbilisidə “Yeni Voleybol Arena”da baş tutan matçdan millimiz qalib ayrılıb. Hər üç setdə rəqibinə qalib gələn yığma aktivindəki xalların sayını 6-ya çatdırıb – 3:0.

Qeyd edək ki, komandamızın D qrupundakı digər rəqibləri Sloveniya və Avstriyadır. Millimiz növbəti oyununu avqustun 28-də Bakıda Avstriya kollektivinə qarşı keçirəcək.

Ümumilikdə qruplarda birinci və ikinci yeri tutacaq kollektivlər final mərhələsinə yüksələcəklər.

Qeyd edək ki, “Avro-2023”ün final mərhələsinə Belçika, İtaliya, Estoniya və Almaniya ev sahibliyi edəcək.

Xəbər 233 dəfə oxundu.