“Sərhədçi” İdman Mərkəzində “Dəmir yumruq” adlı həvəskar çempionat keçiriləcək
Avqustun 27-28-də “Sərhədçi” İdman Mərkəzində “Dəmir yumruq” adlı həvəskar çempionat keçiriləcək.

Binəqədi Rayon Gənclər və İdman İdarəsi və “RM” idman klubunun birgə təşkilatçılığı ilə keçiriləcək yarışda kikboksinq, Braziliya ciu-citsu və MMA idman növləri üzrə döyüşlər baş tutacaq.

Yarışda MMA üzrə döyüşlərə “ASED Fighting Championship” (AFC ASED) təşkilatı, Braziliya ciu-citsu üzrə yarışlara Azərbaycan Braziliya Ciu-citsu İctimai Birliyi, “Qarabağ” döyüş klubu, kikboksinq görüşlərinə isə Azərbaycan Kikboksinq Federasiyası rəhbərlik edəcək.

Xəbər 326 dəfə oxundu.