Azərbaycan döyüşçüsü Rafael Fiziyevin UFC-də görüşünün vaxtı açıqlanıb
Azərbaycanın yüngül çəkidə MMA döyüşçüsü Rafael Fiziyevin ABŞ təmsilçisi Castin Geyci ilə mümkün döyüşünün vaxtı açıqlanıb.

Görüş bu il dekabrın 10-da Las-Veqasda “UFC-282” turnirində baş tuta bilər. Bu, təşkilatın cari ildəki son tədbiri olacaq.

Döyüşçülərin özləri hələlik bununla bağlı heç bir açıqlama verməyiblər.

Qeyd edək ki, R.Fiziyev son döyüşündə braziliyalı Rafael dos Anyusu məğlub edib.

Xəbər 229 dəfə oxundu.