“Avro-2023”: Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Gürcüstan yığmasının qonağı olacaq
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının təsnifat mərhələsində növbəti oyununu keçirəcək.

D qrupunda mübarizə aparan millimiz Gürcüstan kollektivi ilə qarşılaşacaq.

Tbilisidə “Yeni Voleybol Arena”da baş tutacaq görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Azərbaycan millisi qrupdakı ilk oyununda Gürcüstana 3:0 hesabı ilə qalib gəlib. Yığmanın D qrupundakı digər rəqibləri Sloveniya və Avstriyadır.

Ümumilikdə təsnifat mərhələsində 24 komanda 6 qrupa bölünüb. Qrupda birinci və ikinci olacaq kollektivlər final mərhələsinə yüksələcək.

Qeyd edək ki, “Avro-2023”ün final mərhələsinə Belçika, İtaliya, Estoniya və Almaniya ev sahibliyi edəcək.

Xəbər 223 dəfə oxundu.