Avropa çempionatı: Şahmatçılarımız liderlər qrupunda mübarizəni davam etdirirlər | |
Şahmatçılarımız Praqada qadınlar arasında keçirilən Avropa çempionatında liderlər qrupunda mübarizəni davam etdirirlər. Təmsilçilərimiz Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova 4 turda 3,5 xal toplayaraq 1-8-ci yerləri bölüşürlər. Komandamızın digər üzvləri Ləman Hacıyeva 3, Gövhər Beydullayeva 2,5, Səbinə İbrahimova və Xanım Balacayeva 2 xal toplayıblar. İsveçrə sistemi üzrə keçirilən turnir avqustun 31-dək davam edəcək. |
|
Xəbər 217 dəfə oxundu. |
|
|