Ağdamın “Qarabağ” klubu UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb
Ağdamın “Qarabağ” klubu UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb.

Turnirin pley-off mərhələsinin cavab oyunları çərçivəsində “Qarabağ” Çexiyada "Viktoriya" (Plzen) klubunun qonağı olub.

"Dusan Arena"da oynanılan matçda “Viktoriya” komandası 2:1 hesablı qələbə qazanıb. Ağdam təmsilçisinin heyətində Filip Ozobiç fərqlənib. Rəqib komandanın qollarını isə Yan Kopits və Yan Kliment vurublar.

Komandalar arasında Bakıda təşkil olunan ilk matçda hesab açılmayıb. İki oyunun nəticəsinə görə, “Qarabağ” klubu turnirdə mübarizəni dayandırıb. Ağdam təmsilçisi UEFA Avropa Liqasının qrup mərhələsində çıxış edəcək.

Xəbər 193 dəfə oxundu.