Velosipedçimiz Ayan Xankişiyeva dünya reytinq cədvəlində mövqeyini yaxşılaşdırıb
Azərbaycanın trek velosipedi üzrə qadınlardan ibarət elit – U-23 yığma komandasının üzvü Ayan Xankişiyeva dünya reytinq siyahısında mövqeyini yaxşılaşdırıb.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) açıqladığı yeni reytinq cədvəlində xallar üzrə qrup ötüşməsi növü üzrə siyahıda idmançımız 288 xalla 89-cu yerdə qərarlaşıb.

Ölkələrin siyahısında Azərbaycan 288 xalla 45-ci pillədədir.

Velosipedçimiz skretç növü üzrə dünya reytinqində isə 302 xalla 90-cı sırada yer alıb.

Ölkələrin siyahısında isə Azərbaycan 372 xalla 43-cü yerdə qərarlaşıb.

Xəbər 258 dəfə oxundu.