Aleksey İsayev “Sabah”ın heyətində 50-ci çempionat matçına çıxıb
Aleksey İsayev “Sabah”ın heyətində 50-ci çempionat matçına çıxıb. Bu, Azərbaycan Premyer Liqasının üçüncü turuna təsadüf edib.

“Neftçi” ilə ev matçında penaltidən qol vuran yarımmüdafiəçi yubileyinə töhfə verib. Bakı klubunda 3-cü mövsümünü keçirən İsayev 50 qarşılaşmada 8 qola imza atıb.

A.İsayev “Sabah”ın tarixində Premyer Liqada 50 və daha çox oyun keçirən 6-cı futbolçudur. Onadək yalnız beş oyunçu “100”ü yarılayıb.

Qeyd edək ki, A.İsayevin hesabı bərabərləşdirdiyi qarşılaşmada meydan sahibləri qələbə qazanıb – 2:1.

Xəbər 223 dəfə oxundu.