“Başakşəhər” klubu heyətini yeni futbolçu ilə gücləndirib
Türkiyənin “Başakşəhər” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

İstanbul təmsilçisi İngiltərənin “Aston Villa” klubunun hücumameyilli yarımmüdafiəçisi Bertrand Traoreni heyətinə qatıb.

Bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb. Burkina-Fasodan olan futbolçu mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürülüb. İyirmi altı yaşlı yarımmüdafiəçi yeni komandasında 9 nömrəli formanı geyinəcək.

Xəbər 227 dəfə oxundu.