İdman gimnastlarımız Avropa çempionatında çıxışlarını başa vurublar
Almaniyanın Münhen şəhərində qarışıq idman növləri üzrə Avropa çempionatı başa çatıb. İdman gimnastikası üzrə keçirilən yarışlarda ölkəmizi 4 qadın və 8 kişi idmançı təmsil edib.

Komandamızın üzvlərindən ən yaxşı nəticəni kişi idman gimnastikası üzrə təmsilçilərimiz Nikita Simonov və İvan Tixonov göstəriblər.

N.Simonov halqalar ilə hərəkətlərdə, İ.Tixonov isə dayaqlı tullanmada uğurla çıxış edərək final mərhələsinə adlayıblar. Həlledici mərhələdə hər iki idmançımız 6-cı pillədə qərarlaşıb.

Xatırladaq ki, qadınlar arasında ən yaxşı nəticəni gənclər arasında Nazənin Teymurova göstərib. Belə ki, gimnastımız dayaqlı tullanma üzrə hərəkətlərdə uğurla çıxış edərək Azərbaycanın gimnastika tarixində ilk dəfə olaraq qadın idman gimnastikası üzrə gənclər yaş kateqoriyasında finala vəsiqə qazanıb. Final mərhələsinin yekununa əsasən idmançımız qitə çempionatını 5-ci pillədə başa vurub.

Xəbər 225 dəfə oxundu.