“Şamaxı”nın kapitanı Elvin Məmmədov Azərbaycan çempionatlarında 350-ci oyununu keçirib
Elvin Məmmədov Azərbaycan çempionatlarında 350-ci oyununu keçirib. “Şamaxı”nın kapitanının yubileyi Azərbaycan Premyer Liqasının üçüncü turuna təsadüf edib.

“Səbail”lə ev matçı 34 yaşlı yarımmüdafiəçinin 350-ci görüşü olub. E.Məmmədov ölkə çempionatları tarixində 350 və daha çox oyuna çıxan 9-cu futbolçu olub. 2003/2004-cü il mövsümündə “Turan”ın heyətində debüt edən E.Məmmədov indiyədək 25 qola imza atıb.

O, Premyer Liqada 7 klubun formasını geyinib. Yarımmüdafiəçi “Bakı”da 73 (3 qol), “Qarabağ”da 70 (3 qol), “Şamaxı”da 54 (7 qol), “Zirə”də 49 (5 qol), “Turan”da 49 (3 qol), “Sumqayıt”da 44 (2 qol) və “Qəbələ”də 11 (2 qol) matç keçirib.

Qeyd edək ki, “Şamaxı” – “Səbail” qarşılaşması 1:1 hesabı ilə başa çatıb.

Xəbər 221 dəfə oxundu.