Azərbaycan Premyer Liqasının üçüncü turu nadir təsadüf olunan hadisə ilə əlamətdar olub
Futbol üzrə Azərbaycan Premyer Liqasının üçüncü turu nadir təsadüf olunan hadisə ilə əlamətdar olub. “Sabah” – “Neftçi” oyununda bir komandanın qapısına üç penalti zərbəsi təyin olunub. Meydan sahibləri bu üç imkandan ikisindən yararlana bilib.

Azərbaycan çempionatları tarixində sonuncu belə hadisə 17 il əvvəl yaşanıb. 2005/2006-cı il mövsümünün “Gənclərbirliyi” – “Şahdağ” görüşündə də qonaqlar cəzalanıb. 2005-ci il dekabrın 10-dakı görüşdə hər üç penaltini Pathe Banqura yerinə yetirib. Sumqayıt təmsilçisinin hücumçusu bu imkanlardan ikisindən istifadə edib. Həmin qarşılaşmada meydan sahibləri 3:2 hesablı qələbə qazanıblar.

Xəbər 200 dəfə oxundu.