2 oyundan biri baş tutacaq
Bu həftə Premyer Liqada IV turdan təxirə salınan 2 oyundan biri baş tutacaq. Ötən tur “Böyük oyun”da “Neftçi”yə məğlub olan “Xəzər Lənkəran” mövsümə uğurla başlayan “Simurq”u qəbul edəcək.
Bu qarşılaşma komandalar arasında 13-cü oyun olacaq. İndiyədək baş tutan 12 oyunda “Simurq” qələbə görməyib. Belə ki, “Xəzər Lənkəran” 8 oyunda qələbə qazanıb, 4 qarşılaşma sülhlə bitib. Top fərqində də lənkəranlıların böyük üstünlüyü var – 21:9.
Son 5 ev oyununda rəqibinə xal verməyən “Xəzər Lənkəran” ən böyükhesablı qələbəsini 2009-cu ilin 23 oktyabrında qazanıb – 3:0. Son 5 səfər oyununda rəqibinə uduzan “Simurq” ardıcıl 3 matçdı Lənkəranda qol da vura bilmir.
21.08.2006
Simurq – Xəzər Lənkəran
0:1
21.02.2007
Xəzər Lənkəran – Simurq
1:1
02.12.2007
Xəzər Lənkəran – Simurq
2:1
28.05.2008
Simurq – Xəzər Lənkəran
1:1
29.11.2008
Simurq – Xəzər Lənkəran
2:2
16.05.2009
Xəzər Lənkəran – Simurq
3:1
23.10.2009
Xəzər Lənkəran – Simurq
3:0
09.02.2010
Simurq – Xəzər Lənkəran
1:2
15.08.2010
Simurq – Xəzər Lənkəran
0:2
13.11.2010
Xəzər Lənkəran – Simurq
1:0
16.10.2011
Xəzər Lənkəran – Simurq
1:0
25.11.2011
Simurq – Xəzər Lənkəran
2:2

Xəbər 860 dəfə oxundu.