Avropa çempionatı: Şahmatçılarımız liderlər qrupunda qərarlaşıblar
Praqada şahmat üzrə qadınlar arasında Avropa çempionatında təmsilçilərimiz uğurla çıxış edirlər.

iki turdan sonra Azərbaycan şahmatçıları Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva maksimum xalla liderlər qrupunda qərarlaşıblar.

Gülnar Məmmədova, Ləman Hacıyeva 1,5, Gövhər Beydullayeva 1, Xanım Balacayeva, Səbinə İbrahimova 0,5 xal toplayıblar.

İsveçrə sistemi üzrə keçirilən turnir avqustun 31-dək davam edəcək.

Xəbər 189 dəfə oxundu.