“Partizan” – “Neftçi” oyununu Sinişa Mihayloviç də izləyəcək
Avropa Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində keçiriləcək “Partizan” – “Neftçi” oyununu Sinişa Mihayloviç də izləyəcək. Bu barədə hazırda Serbiya yığmasına başçılıq edən mütəxəssis özü məlumat verib.
O, “Partizan”ın Azərbaycan çempionu ilə görüşünü canlı izləməyə qərar verdiyini bildirib. Çünki bu komandanın heyətində Serbiya yığmasının bir sıra futbolçuları çıxış edir.
Qeyd edək ki, Sinişa Mihayloviç bu ildən Serbiya millisinə başçılıq edir. O, əvvəllər İtaliyanın “Boloniya”, “Kataniya” və “Fiorentina” klublarını çalışdırıb, Milan “İnter”ində köməkçi-məşqçi işləyib. Mihayloviç futbolçu karyerası ərzində Serbiyanın “Borovo”, “Voyvodina”, “Srvena Zvezda”, İtaliyanın “Roma”, “Sampdoriya”, “Latsio” və “İnter” klublarında forma geyinib.

Xəbər 1076 dəfə oxundu.