Şahmat üzrə milli dərəcəli hakimlər üçün seminar təşkil ediləcək
Azərbaycan Şahmat Federasiyasının Hakimlər komissiyası avqustun 25-28-də milli dərəcəli hakimlər üçün seminar təşkil edəcək.

Zaqatala Olimpiya İdman Kompleksində keçiriləcək seminarda beynəlxalq hakimlər Faiq Həsənov, Lütfiyar Rüstəmov və Qüdrət İsmayılov mühazirəçi qismində çıxış edəcəklər.

Seminarda FIDE oyun qaydaları (klassik, rapid, blits), əsasnaməsi, İsveçrə sistemi üzrə püşkatma proqramından istifadə təlimatları və elektron saatlar müzakirə mövzusu olacaq.

Ümumilikdə, 14 saatı əhatə edəcək nəzəri materialları dinləyən hakimlər sonda test vasitəsilə imtahan olunacaqlar.

Xəbər 194 dəfə oxundu.