Azərbaycan V İslam Həmrəyliyi Oyunlarının kikboksinq yarışlarında ilk üçlükdə yer alıb
Azərbaycan V İslam Həmrəyliyi Oyunlarının kikboksinq yarışlarında ilk üçlükdə yer alıb.

Yarışda 3 qızıl, 5 gümüş və 7 bürünc medal qazanmış komandamız bu nəticə ilə medal sıralamasında 3-cü pillədə qərarlaşıb.

Birinci yeri 17 qızıl, 5 gümüş və 4 bürünc medal qazanan Türkiyə komandası tutub. İkinci yerə isə 4 qızıl, 1 gümüş və 3 bürünc medalla Qazaxıstan yığması sahib olub.

Qeyd edək ki, Azərbaycan V İslam Həmrəyliyi Oyunlarında ümumilikdə 99 medal qazanaraq (29 qızıl, 36 gümüş və 34 bürünc medal) Türkiyə, Özbəkistan və İrandan sonra 4-cü olub.

Xəbər 349 dəfə oxundu.