UEFA Avropa Liqası: "Fənərbağça" "Austriya" komandasını məğlub edib | |
UEFA Avropa Liqasında pley-off mərhələsinə start verilib. Türkiyənin turnirdəki təmsilçilərindən "Sivasspor" İsveçrədə "Malmö"yə 1:3 hesabı ilə məğlub olub. "Fənərbağça" klubu isə Avstriyada "Austriya" (Vyana) komandasına qalib gəlib - 2:0. UEFA Avropa Liqası pley-off mərhələsi, ilk oyunlar 18 avqust “HİK” (Finlandiya) - "Silkeborq" (Danimarka) - 1:0; Qol: Devid Braun, 80 "Ferentsvaroş" - "Şemrok Rovers" (İrlandiya) - 4:0; Qollar: Karlos Auski, 13. Adama Traore, 35; 48. Eldar Çiviç, 90+3 "Sürix" (İsveçrə) - "Harts" (Şotlandiya) – 2:1; Qollar: Adria Gerrero, 32. Blerim Cemayli, 34 - Lourens Şeklend, 22 (penalti) "Malmö" (İsveç) - "Sivasspor" (Türkiyə) – 3:1; Qollar: Musatafa Zeydan, 18. Anders Kristiansen, 37. Niklas Moysander, 68 - Leke Ceyms, 30 "Apollon" (Kipr) - "Olimpiakos" (Yunanıstan) – 1:1; Qollar: Rangelo Yanqa, 18 - Xvan In Bom, 29 "Pünik" (Ermənistan) - "Şerif" (Moldova) – 0:0; "Lüdoqorets" (Bolqarıstan) - "Jalgiris" (Litva) – 1:0; Qol: İvan Tatomiroviç, 2 (avtoqol) "Dnepr-1" (Ukrayna) - AEK (Larnaka, Kipr) – 1:2; Qollar: Aleksandr Svatok, 90 - Omri Altman, 16. Aleksandr Svatok, 29 Gent (Belçika) - Omoniya (Kipr) – 0:2; Qollar: Haralambos Haralambus, 20. Brendon Barker, 76 "Austriya" (Vyana, Avstriya) - "Fənərbağça" (Türkiyə) 0:2 Qollar: Coşua Kinq, 8. Serdar Dursun, 89 Qeyd edək ki, cavab oyunları avqustun 25-də keçiriləcək. |
|
Xəbər 285 dəfə oxundu. |
|
|