Artyom Dzyuba "Adana Demirspor" klubuna keçib
Rusiya millisinin futbolçusu Artyom Dzyuba Türkiyənin "Adana Demirspor" futbol klubuna keçib.

33 yaşlı hücumçu Adana təmsilçisi ilə 1+1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Artyom Dzyubanın son klubu ölkəsinin "Zenit" komandası olub. Təcrübəli futbolçu son mövsümdə 13 qol vurub.

Xəbər 266 dəfə oxundu.