Azərbaycan kikboksçuları V İslamiadanı 15 medalla başa vurublar
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında kikboksinq yarışları başa çatıb.

Elvin Ağayev (full contact, 86 kq) finalda türk idmançısı Əmrah Yaşara uduzaraq gümüş medalla kifayətlənib.

Beləliklə, 24 idmançı ilə qatılan Azərbaycan kikboksçuları İslamiadanı 15 medalla başa vurublar. Bunlardan 3-ü qızıl, 5-i gümüş və 7-si isə bürünc medaldır.

Oyunlarda Bəhram Rəcəbzadə (low kick, +91 kq), Fərid Ağamoğlanov (full contact, 63,5 kq), Anar Məmmədov (low kick, 57 kq) qızıl, Rəhim Əliyev (low kick, 71 kq), Camal Məmmədov (full contact, 54 kq), Ramal Aslanov (low kick, 75 kq), Saqi Salehli (full contact, 75 kq), Elvin Ağayev (full contact, 86 kq) gümüş, Amil Məmmədov (full contact, 51 kq), Ramiz Məmmədov (full contact, 60 kq), Elxan Əliyev (full contact, 71 kq), Arzuman Qədimov (low kick, 63,5 kq), Qəşəm Məmmədov (low kick, 67 kq), Bəybala Quliyev (low kick, 86 kq) və Aysu Devrişova (56 kq) bürünc medala sahib olublar.

Qeyd edək ki, Azərbaycan kikboksinq millisinin bu il növbəti mötəbər yarışı da Türkiyədə olacaq. Belə ki, yığmamızı noyabrın 11-20-də Antalyada keçiriləcək Avropa çempionatı gözləyir.

Xəbər 385 dəfə oxundu.