V İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində Azərbaycanın bayraqdarı müəyyənləşib
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində Azərbaycanın bayraqdarı müəyyənləşib.

Bu gün Bakı vaxtı ilə saat 21:00-da bağlanış mərasimi keçiriləcək.

Bağlanışda Azərbaycan nümayəndə heyətinin bayraqdarı İslam Həmrəyliyi Oyunlarının üçqat mükafatçısı – basketbol 3x3 milli komandasının üzvü Zaur Paşayev olacaq.

Xəbər 206 dəfə oxundu.