İslamiada: Karateçimiz İrina Zaretska finala yüksəlib
Azərbaycan karateçisi İrina Zaretska Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.

68 kiloqram çəki dərəcəsində çıxış edən idmançı həlledici görüşə vəsiqə qazanmaqla, ən azı gümüş medalı təmin edib.

Qeyd edək ki, İrina Zaretska 2017-ci ildə Bakıda təşkil edilmiş IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

Xəbər 219 dəfə oxundu.