Kikboksçumuz Fərid Ağamoğlanov İslamiadada qızıl medal qazanıb
Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında daha bir qızıl medal qazanıb.

Fərid Ağamoğlanov (Full kontakt 63,5 kq) İslamiadanın qalibi olub.

Finalda uduzan Camal Məmmədov (Full kontakt, 54 kq) gümüş medalla kifayətlənib.

Qeyd edək ki, bununla da Azərbaycanın İslamiadada qazandığı qızıl mealların sayı 27-yə çatıb.

Xəbər 320 dəfə oxundu.