Kişilərdən ibarət 3x3 basketbol növü üzrə yığma komandamız V İslam Həmrəyliyi Oyunlarının yarımfinalına vəsiqə qazanıb
Kişilərdən ibarət 3x3 basketbol növü üzrə yığma komandamız V İslam Həmrəyliyi Oyunlarının yarımfinalına vəsiqə qazanıb.

1/4 final mərhələsində millimiz İordaniya komandası ilə qarşılaşıb. Amil Həmzəyev, Zaur Paşayev, Orxan Aydın və Endar Poladxanlıdan ibarət 3x3 basketbol yığmamız əlavə vaxta gedən oyundan yekunda 20-18 hesablı qələbə ilə ayrılaraq yarımfinala adlayıb.

Qeyd edək ki, komandamız final uğrunda İran komandası ilə mübarizə aparacaq.

Xəbər 252 dəfə oxundu.