Qadın cüdoçularımız İslamiadanın komanda yarışında bürünc medal qazanıblar
Azərbaycanın qadın cüdo millisi V İslam Həmrəyliyi Oyunlarında üçüncü yeri

Türkiyənin Konya şəhərində keçirilən yarışda bürünc medal uğrunda Qırğızıstan yığması ilə mübarizə aparan Azərbaycan millisi rəqib komandanı 3:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır. İslamiada avqustun 18-dək davam edəcək.

Xəbər 266 dəfə oxundu.