Abu-Dabidə şahmat festivalında 6 idmançımız mübarizə aparır
Bu gün Abu-Dabidə 28-ci şahmat festivalı çərçivəsində “Masters” turniri start götürüb.

Enənəvi turnirdə Azərbaycan şahmatçıları Məhəmməd Muradlı, Şiroğlan Talıbov, Fərid Mustafayev, Vüqar Manafov, Elmar Atakişiyev, Elşad Abdullayev mübarizə aparırlar.

Doqquz turdan ibarət turnir İsveçrə sistemi üzrə keçirilir.

Yarışda 31 ölkədən 150-yə yaxın şahmatçı qüvvəsini sınayır.

Xəbər 206 dəfə oxundu.