Şpaqa üzrə milli komandamız İslam Həmrəyliyi Oyunlarının qızıl medalını qazanıb
Şpaqa üzrə milli komandamız V İslam Həmrəyliyi Oyunlarının qızıl medalını qazanıb.

Yığmamız Türkiyənin Konya şəhərində təşkil olunan yarışın həlledici mərhələsində İran millisi ilə qarşılaşıb. Rəqib komandanı 45:35 hesabı ilə məğlub edən millimiz İslamiadanın qalibi olub.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır. İslamiada avqustun 18-dək davam edəcək.

Xəbər 190 dəfə oxundu.