19 yaşadək futbolçularımız Bosniya və Herseqovina yığması ilə yoldaşlıq görüşü keçirəcək
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının bu gündən avqustun 20-dək Bakıda, 20-dən 26-dək isə Bosniya və Herseqovinada təlim-məşq toplanışı olacaq.

Millimiz təlim-məşq toplanışı çərçivəsində avqustun 23-də və 25-də Bosniya və Herseqovinanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq oyunu keçirəcək. Yoldaşlıq oyunları üçün yekun heyət Bakı toplanışından sonra müəyyənləşəcək.

Xəbər 213 dəfə oxundu.