Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin növbəti qarşılaşmaları keçiriləcək
Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin növbəti oyunları keçiriləcək.

Bu mərhələnin ikinci oyun günündə üç qarşılaşma olacaq.

Azərbaycan çempionu “Qarabağ” Bakıda Çexiyanın "Viktoriya Plzen" komandasını qəbul edəcək.

Xatırladaq ki, pley-off turunun ilk matçları avqustun 17-də, cavab qarşılaşmaları isə avqustun 24-də təşkil olunacaq.

Bu turu adlayan komandalar mübarizəni UEFA Çempionlar Liqasının qrup mərhələsində davam etdirəcək. Məğlubiyyətə uğrayan klublar isə UEFA Avropa Liqasının qrup oyunlarına qatılacaq.

Pley-off mərhələsinin növbəti matçlarının proqramını təqdim edirik:

17 avqust

20.45 Qarabağ (Azərbaycan) - Viktoriya Plzen (Çexiya)

23.00 Makkabi Hayfa (İsrail) – Srvena zvezda (Serbiya)

23.00 Dinamo Kiyev (Ukrayna) - Benfika (Portuqaliya)

Xəbər 251 dəfə oxundu.