Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunları davam edir
Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunları davam edir.

Avqustun 17-də Azərbaycan təmsilçiləri oxatma, qılıncoynatma, üzgüçülük, kikboksinq, cüdo və qadın idman gimnastikası və 3x3 basketbol üzrə yarışlarda iştirak edəcəklər. Həmçinin bu gün karateçilərimiz Oyunlarda mübarizəyə başlayacaq.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunlarının ötən 12-ci yarış günündə Azərbaycan komandası medalların sayını 71-ə çatdırıb. Onlardan 22-si qızıl, 28-i gümüş, 21-i bürünc medallardır. Bu nəticə ilə Azərbaycan iştirakçı ölkələrin ümumi sıralamasında 4-cü pillədədir.

Oyunlarda Türkiyə 265 (106 qızıl, 89 gümüş, 70 bürünc), Özbəkistan 121 (43 qızıl, 30 gümüş, 48 bürünc) və İran 116 (37 qızıl, 35 gümüş, 44 bürünc) medalla ilk 3 pilləni tutublar.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır. İslamiada avqustun 18-dək davam edəcək.

Xəbər 217 dəfə oxundu.