“Yay festivalı"nın bağlanış mərasimi keçirilib
Bakı Su İdman Sarayında "Goal+"ın təşkilatçılığı, AFFA və digər özəl şirkətlərin dəstəyi ilə “Yay Festivalı”nın bağlanış mərasimi keçirilib.

500-dən çox gəncin iştirakı ilə keçirilən layihə çərçivəsində 35 gün ərzində iki yaş kateqoriyası üzrə futbol turnirləri, çimərlik voleybolu, basketbol və e-sport yarışları keçirilib.

Layihənin əsas məqsədi sağlam həyat tərzinin təbliği və məktəblilər arasında idman növlərinə olan marağın artırılması ilə yanaşı, Azərbaycan gənclərinin asudə vaxtlarını səmərəli keçirə biləcəkləri və idmanla məşğul ola biləcəkləri əyləncə platforması yaratmaqdır.

Bağlanış mərasimi U-16 və U-20 futbol turnirlərinin qaliblərinin mükafatlandırma mərasimi ilə başa çatıb.

Qaliblərə pul və digər qiymətli hədiyyələr təqdim olunub.

Xəbər 275 dəfə oxundu.