Azərbaycan çempionu “Neftçi” Serbiyaya yola düşüb
Avropa Liqasının qrup mərhələsində ilk oyununu sentyabrın 20-də Serbiyanın “Partizan” klubuna qarşı keçirəcək Azərbaycan çempionu “Neftçi” bu gün səfərə çıxır. Paytaxt təmsilçisi saat 11:00-da çarter reysi ilə Serbiyanın paytaxtı Belqrada uçacaq. 50 nəfərə yaxın nümayəndə heyəti ilə səfərə çıxan “Neftçi”ni 3 saatdan artıq çəkən yol gözləyir. Təxminən 14:20-14:40-da Serbiyaya çatacaq “ağ-qaralar” ilk sınağa klub prezidenti Sadıq Sadıqovla birlikdə yollanıb.

Qeyd edək ki, bakılılar bu gün axşam məşqçini Belqradda keçirməyi planlaşdırır.

Xəbər 845 dəfə oxundu.