Azərbaycan Stronqmen Federasiyasının prezidenti beynəlxalq qurumda təmsil olunacaq | |
Azərbaycan Stronqmen Federasiyasının prezidenti Bəxtiyar Quliyevə WS Dünya Stronqmen Federasiyasında (WSF) vəzifə verilib. O, Ümumdünya Stronqmen Federasiyasının vitse-prezidenti vəzifəsini icra edəcək. Beynəlxalq federasiyanın qərargahı Latviyada yerləşir. B.Quliyev, həmçinin həmin federasiyanın Stronqfit komitəsinin rəhbəri olacaq. Qeyd edək ki, Bəxtiyar Quliyev 4 vitse-prezidentdən biri kimi WSF-nin İcraiyyə Komitəsinin üzvlüyündə də təmsil olunacaq. Xatırladaq ki, WSF-in rəhbəri latviyalı Vladislav Redıkindir. |
|
Xəbər 225 dəfə oxundu. |
|
|