Həsrət Cəfərov: Vətənə qalib olaraq qayıtmaq gözəl hisslər yaradır | |
Şükürlər olsun ki, Vətənə qızıl medalla qayıtdım. Finalda qırğızıstanlı güləşçi ilə qarşılaşdım. Hakimlərin haqsızlığı ilə üzləşdim, lakin sonda qələbə qazana bildim. Bu sözləri jurnalistlərə açıqlamasında V İslam Həmrəyliyi Oyunlarının yunan-Roma güləşi üzrə qızıl medalının sahibi Həsrət Cəfərov söyləyib. “Vətənə qalib olaraq qayıtmaq, çox gözəl hisslər yaradır. İyirmi gündən sonra Belqradda dünya çempionatı keçiriləcək. Bundan sonra bu çempionata hazırlaşacağıq”, - deyə güləşçimiz qeyd edib. |
|
Xəbər 226 dəfə oxundu. |
|
|