İslamiada: Azərbaycanın şpaqaçısı Ruslan Həsənov finala yüksəlib
Azərbaycanın şpaqaçısı Ruslan Həsənov Türkiyənin Konya şəhərində keçirilən İslam Həmrəyliyi Oyunlarının finalına yüksəlib.

O, yarımfinalda Özbəkistan idmançısı Fayzulla Alimova 12:11 hesabı ilə qalib gəlib.

İdmançımız finala adlamaqla ən azı gümüş medalı təmin edib.

Xəbər 328 dəfə oxundu.