İslamiada: Basketbol üzrə yığmamız dörddəbir finala yüksəlib
Azərbaycanın kişi basketbolçulardan ibarət 3x3 komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ardıcıl 3-cü qələbəsini qazanıb.

Yığma bu dəfə Mərakeşin komandasını məğlubiyyətə uğradıb. Qarşılaşmanın əvvəlindən təşəbbüsü ələ keçirən milli komanda sonadək üstünlüyünü qoruyub - 18:11. Bununla da yığma 1/4 finala vəsiqəni təmin edib.

Azərbaycanın Sudanla qrupdakı son matçı rəqibin oyuna gəlməməsi üzündən baş tutmayacaq və rəqibə texniki məğlubiyyət veriləcək.

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı əvvəlki oyunlarında Maliyə 18:15, Türkiyəyə isə 21:12 hesabı ilə qalib gəlib.

Xəbər 244 dəfə oxundu.