Sablya üzrə qadınlardan ibarət milli komandamız İslamiadanın finalında mübarizə aparacaq
Sablya üzrə qadınlardan ibarət milli komandamız V İslam Həmrəyliyi Oyunlarının finalına vəsiqə qazanıb.

Türkiyənin Konya şəhərində keçirilən yarışın yarımfinalında komandamız İran yığmasına 45:22 hesabı ilə qalib gələrək həlledici mərhələyə çıxıb.

Yığmamız finalda Türkiyə seçmə kollektivini 45:31 hesabı ilə məğlub edən Özbəkistan millisi ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır. İslamiada avqustun 18-dək davam edəcək.

Xəbər 279 dəfə oxundu.