İslamiada: Cüdoçumuz yarımfinala vəsiqə qazanıb
Bu gün V İslam Həmrəyliyi Oyunlarında cüdoçularımız mübarizəyə qatılıblar.

Təmsilçilərimizdən Balabəy Ağayev (60 kq) yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə onun rəqibi Türkmənistan təmsilçisi Hakberdi Jumayev olacaq.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə keçirilməli olsa da, qlobal pandemiya səbəbindən yarış bir il təxirə salınıb. V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır.

Xəbər 215 dəfə oxundu.